...

İran “Suriyanın dostları”nın növbəti görüşünü keçirəcək

Dünya xəbərləri Materials 24 May 2013 12:59 (UTC +04:00)
İran mayın 29-da "Suriyanın dostları" qrupunun növbəti yeni görüşünü keçirməyə hazırlaşır.
İran “Suriyanın dostları”nın növbəti görüşünü keçirəcək

Azərbaycan, Bakı, 24 may /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

İran mayın 29-da "Suriyanın dostları" qrupunun növbəti yeni görüşünü keçirməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə cümə günü İran XİN-in mətbuat katibi Abbas Əraqçinin çıxışına istinadən "Fars" agentliyi xəbər yayıb.

Əraqçinin sözlərinə görə, görüşün mövzusu "Regional təhlükəsizlik və siyasi məsələlərin həll edilməsi" olacaq:

"Görüşə XİN rəhbərləri, nüfuzlu siyasətçilər və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunublar. İran hesab edir ki, Suriyadakı böhranı hərbi yolla həll etmək olmaz və Suriya müxalifəti və hakimiyyətdə olan rejim özləri razılığa gəlməlidirlər.

İran artıq Suriya məsələsi ilə bağlı iki görüş keçirib. Lakin onların heç birinə Suriyanın müxalifət nümayəndələri dəvət olunmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti