...

Ermənistanın xarici borcu “təhlükəli” həddi əhəmiyyətli dərəcədə keçir

Dünya xəbərləri Materials 31 May 2013 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Ermənistanın xarici borcunun ölkənin ÜDM-yə nisbəti hazırda "təhlükəli" həddi əhəmiyyətli dərəcədə ötür. Trend-in məlumatına görə, bu barədə cümə günü "Armenianreport" məlumat yayıb.

Bu barədə sensasiyalı bəyanat Avropa istiqraz vərəqələrinin buraxılışı ilə əlaqədar hökumət tərəfindən qəbul edilmiş konsepsiyada bildirilib

Belə ki, Ermənistanın (həm dövlət, həm də özəl sektorda birlikdə) ümumi xarici borcunun ÜDM-ə nisbəti 2012-ci ildə 75 faiz, 2013-cü ildə isə 76,5 faiz təşkil edəcək. Lakin BFV və digər təşkilatların göstəricilərinə görə, təhlükəli hədd 40-60 faiz civarında müəyyən edilib. Həm də borcun ağırlığını xarakterizə edən bütün əsas hədlər əhəmiyyətli dərəcədə keçilib.

"Ümumi xarici ixrac borcu xidməti"nin göstəricisi mümkün həddi 25 faiz təşkil edir. Ermənistanda isə bu göstərici 2012-ci ildə 41 faiz, 2013-cü ildə isə 43 faiz təşkil edəcək. "Borcun büdcə gəlirlərinə xidmət"in göstəricisinin mümkün həddi 35 faizdir. Ermənistanda bu göstərici 2012-ci ildə 46,2 faiz, 2013-cü ildə isə 49,3 faiz təşkil edəcək. "Borc/İxrac" göstəricisinin mümkün dəyəri 200 faiz olub. Ölkənin göstəricisi 2012-ci ildə 292 faiz təşkil edib. "Borc/Gəlir" göstəricinin mümkün həddi 300 faiz olub. Ermənistanda isə, bu göstərici 329 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti