...

İran XİN prezidentliyə namizədlərin xarici siyasətə dair bəyanatlarını şərh etmir

Dünya xəbərləri Materials 11 İyun 2013 13:52 (UTC +04:00)
İran XİN prezidentliyə namizədlərin xarici siyasətə dair bəyanatlarını şərh etmir.
İran XİN prezidentliyə namizədlərin xarici siyasətə dair bəyanatlarını şərh etmir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran XİN prezidentliyə namizədlərin xarici siyasətə dair bəyanatlarını şərh etmir.

Trend-in "Press TV"-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı təşkil olunan brfinqdə İran XİN-in mətbuat katibi Abbas Əraqçi bildirib: "Seçki həyəcanı bütün ölkəni əhatə edib. Prezidentliyə namizədlərin bəyanatlarına gəldikdə isə, nazirlik onlara cavab vermək niyyətində deyil".

İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.

Brifinqdə Əraqçiyə Türkiyədə etiraz aksiyaları zamanı həbs olunan İran vətəndaşları haqqında sual verilib.

Araqçi bildirib ki, "biz məlumat əldə edən kimi tədbirlər görməyə başladıq və konsulumuzun saxlanılan vətəndaşlarımızla görüşməsi ilə bağlı şəraitin yaradılmasını xahiş etdik. Qarşıdurmalar zamanı xeyli sayda xarici vətəndaş həbs olunmuşdu və bizim bilmək istədiyimiz ən birinci şey onlar arasında İran vətəndaşlarının olub-olmaması idi".

Əraqçi daha əvvəl İranın Türkiyədəki etiraz aksiyalarında iştirakının mümkünlüyünü təsdiqləmirdi. O, İran kəşfiyyatının Türkiyədəki qarşıdumalardakı iştirakını rədd edib.

İran XİN mətbuat xidmətinin rəhbəri bildirib ki, əvvəlki vəziyyət indikindən çox pis idi və Türkiyə uğurla ondan çıxdı: "Türkiyə böyük ölkədir, bizim böyük qonşumuzdur və ümid edirik ki, oradakı vəziyyət müdrik və dinc yolla həll ediləcək".

İraqda törədilən son partlayışlar zamanı iranlı zəvvarların ölməsi ilə bağlı suala gəldikdə isə Əraqçi bildirib ki, Xarici İşlər Nazirliyi iraqlı məmurlarla sıx əlaqələrə malikdir və onları iranlı zəvvarların təhlükəsizliyini təmin etməyə çağırır.

Daha əvvəl "Press TV" xəbər yayıb ki, İraqın Diyalə vilayətində törədilən partlayış nəticəsində 16 iranlı zəvvar həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti