...

İran və BAEA arasında keçirələcək danışıqların vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 11 Noyabr 2013 21:51 (UTC +04:00)
İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) arasında danışıqların növbəti raundu dekabrın 11-də keçiriləcək.
İran və BAEA arasında keçirələcək danışıqların vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) arasında danışıqların növbəti raundu dekabrın 11-də keçiriləcək. Trend-in Press TV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın beynəlxalq agenliyində səfiri Reza Nəcəfi bildirib.

Nəcəfi həmçinin bildirib ki, danışıqlar Vyanada keçiriləcək.

Xatırladaq ki, bu gün İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərinə ölkənin Əraq şəhərində reaktorun və "Geçin" uran mədənində monitorinq aparılmasına icazə verib.

Ekspertlərə icazə İran və BAEA-nın 6 paraqraflıq birgə bəyanatına əsasən verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti