Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Bu gün Rusiyanın Krasnoyarsk diyarının və İrkutsk vilayətinin sərhədləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Geofizika Xidmətinə istinadən xəbər verib.
Geofizika Xidmətinin Altay-Sayansk filialının operativ məlumatına görə, yerli vaxtla saat 11:03-də baş verən zəlzələnin ocağı Krasnoyarsk diyarının Lesosibirsk rayonundan 499 kilometr şərqdə və İrkutsk vilayətinin Ust-İlmimsk rayonundan 105,6 kilometr şimal-qərbdədir.
Ocaqda silkələnmələrin intensivliyi MSK-64 (Medvedev-Şponhoyer-Karnik) cədvəli üzrə 7,7 bal təşkil edir.