...

Suriya hakimiyyəti qismən atəşkəsə getməyə hazırdır, lakin bunu da müxalifətdən gözləyir

Dünya xəbərləri Materials 23 Yanvar 2014 01:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Suriya hökuməti Hələb bölgəsində humanitar yardımın çatdırılması üçün qismən atəşkəsə getməyə hazırdır, lakin analoji hərəkətləri müxalifətdən də gözləyir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.

"Bəli, həqiqətən, belə bir təklif Suriyanın xarici işlər naziri Valid Muallem tərəfindən Rusiya XİN rəhbəri Sergey Lavrovla Moskvada görüş zamanı edilib. Lavrov bu barədə ABŞ dövlət katibi Con Kerriyə bildirib, o, isə müxalifətlə razılığa gəlməyə söz verib.

Lavrov bir müddət keçəndən sonra prosesin gedişatı ilə maraqlanıb, Kerri deyib ki, Vaşinqton müxalifətdən indiyədək təsdiqini gözləyir. Odur ki, biz gözləyirik", - Cəfəri deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya XİN rəhbəri Valid Muallemlə yanvarın 17-də Moskvada danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti