...

İran uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə suriyalı tələbələri üçün kurslar keçirəcək

Dünya xəbərləri Materials 16 Mart 2014 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir F.Kərimov/

İranın mülki aviasiya təşkilatı uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə 80 suriyalı tələbələr üçün kurslar keçirəcək. Trend YJC (Young Journalists Club) informasiya saytına istinadən bu barədə bazar günü təşkilatın nümayəndəsi Səid Əkbəri bildirib.

Onun sözlərinə görə, İran və Suriyanın mülki aviasiya nümayəndələri bundan öncə uçuşlarının təhlükəsizliyi üzrə baza və qabaqcıl kurslarının keçirilməsi məsələsini müzakirə ediblər.

"Kurslar Tehranda aprel ayında keçiriləcək", - Əkbəri bildirib.

Xəbər lenti

Xəbər lenti