...

Qazaxıstanın yeni müdafiə naziri Azərbaycana səfər edəcək

Dünya xəbərləri Materials 10 Aprel 2014 13:19 (UTC +04:00)
Qazaxıstanın yeni müdafiə naziri Serik Axmetov aprelin 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Qazaxıstanın yeni müdafiə naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Y.Kosolapova/

Qazaxıstanın yeni müdafiə naziri Serik Axmetov aprelin 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə cümə axşamı Trend-ə Qazaxıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Bu, Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.

Serik Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti