...

Ukrayna Prezidenti Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi Radaya təqdim edib

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 14:27 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenko Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin paraflanmasına dair qanun layihəsini Ali Radaya göndərib.
Ukrayna Prezidenti Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi Radaya təqdim edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Ukrayna Prezidenti Petro Poroşenko Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin paraflanmasına dair qanun layihəsini Ali Radaya göndərib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verib.

Bazar ertəsi Ali Radanın saytında dərc olunan məlumata görə, sənəd sentyabrın 15-də qeydiyyatdan keçib. Qanun layihəsinin mətni, eləcə də qoşma sənədlər parlamentin saytında yoxdur.

Xəbər verildiyi kimi, Ukrayna və Avropa İttifaqı iyunun 27-də Brüsseldə assosiasiya haqqında sazişin azad ticarət zonasının yaradılmasını nəzərdə tutan iqtisadi hissəsini imzalayıblar. Sazişin iqtisadi hissəsi Ukraynanın Aİ-yə dərin iqtisadi inteqrasiyasını, eləcə də dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

Ali Rada və Avropa Parlamentinin sentyabrın 16-da Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişi sinxron paraflayacaqları planlaşdırılır.

Bununla yanaşı, Ukrayna və Avropa İttifaqı sazişin azad ticarət zonasının fəaliyyət göstərməsi ilə bağlı hissənin bir il müddətinə, yəni 31 dekabr 2015-ci ilədək təxirə salınması barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti