...

ABŞ Ottavada parlamentinin qarşısında atışma səbəbindən səfirliyini bağlayıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2014 23:20 (UTC +04:00)
ABŞ Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində atışma səbəbindən səfirliyini müvəqqəti bağlayıb.
ABŞ Ottavada parlamentinin qarşısında atışma səbəbindən səfirliyini bağlayıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

ABŞ Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində atışma səbəbindən səfirliyini müvəqqəti bağlayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə dövlət departamentinin nümayəndəsi Mari Xarf jurnalistlərə bildirib.

"Kanada parlamenti və Ottavadakı səfirliyimiz bağlanılıb", - Xarf deyib. Onun sözlərinə görə, ABŞ Ottavadakı vəziyyəti diqqətlə izləyir. Hansısa konkret təhlükə barədə səfirliyə məlumat daxil olmayıb, o, bildirib. Amerika səfirliyi Kanada parlamentinin təxminən 800 metr aralıda yerləşir.

ABŞ Ottavadakı vəziyyəti izləyir, dövlət katibi Con Kerri Berlindən qayıdarkən təyyarədə ona bu barədə məlumat verilib, Xarf bildirib.

Naməlum şəxslər oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıblar: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti