Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
İran parlamenti dövlət başçısı Həsən Ruhaninin elm, araşdırmalar və texnologiyalar nazirini vəzisəfinə irəsi sürdüyü Fəxrəddin Əhmədi Daneş Aştianinin namizədliyini geri qaytarıb.
Trend-in IRINN-ə istinadən verdiyi məlumata görə, 70 deputat onun lehinə, 171-i əleyhinə səs verib, 16 deputat isə bitərəf olub.
H. Ruhani namizədini dəstəkləmək üçün parlamentin iclasında şəxsən iştirak edib.
Prezident daha əvvəl bu vəzifəyə Mahmud Nili Əhmədabadinin namizədliyi irəli sürsə də, parlament onu dəstəkləməmişdi.