...

Türkiyə üçün TANAP Rusiyanın təklifindən daha prioritetdir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 10 Dekabr 2014 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Türkiyə üçün Transanadolu qaz kəməri (TANAP) Rusiyanın birgə layihə barədə son təklifindən daha prioritetdir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə anlaşma memorandumu imzalayıb: "Lakin bu o demək deyil ki, TANAP arxa plana keçəcək".

Nazir qeyd edib ki, Rusiyanın təklifi Azərbaycan və Gürcüstan XİN rəhbərləri ilə görüşdə də müzakirə olunub: "Biz TANAP-ın Gürcüstan və Avropa üçün vacibliyini bilirik. Artıq layihə üçün boruları sifariş vermişik. Bu layihə neftin qiymətinin azalmasından asılı olmayacaq və başa çatdırılacaq. Biz hər yerdə TANAP-ın əhəmiyyətini qeyd edirik".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əlavə edib: "Biz TANAP üzrə anlaşmaya gəldik və layihə üçün borular haqqında saziş bağladıq".

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili isə bəyan edib ki, Gürcüstan Türkiyə tərəfindən TANAP layihəsinin vacibliyini eşitməyə şaddır: "Biz ümumi mənfəət naminə birgə işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti