...

Hindistanda 50-dən artıq insan yaraqlıların qurbanı olub

Dünya xəbərləri Materials 24 Dekabr 2014 10:37 (UTC +04:00)
Hindistanın Assam ştatında Bodolend Milli Demokratik Cəbhəsi (BMDC) qruplaşmasından olan yaraqlıların hücumları nəticəsində ən azı 56 nəfər ölüb, 80-dən çox şəxs isə yaralanıb.
Hindistanda 50-dən artıq insan yaraqlıların qurbanı olub

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Hindistanın Assam ştatında Bodolend Milli Demokratik Cəbhəsi (BMDC) qruplaşmasından olan yaraqlıların hücumları nəticəsində ən azı 56 nəfər ölüb, 80-dən çox şəxs isə yaralanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verib.

Çərşənbə günü yerli polis nümayəndəsinin verdiyi məlumata görə, "indiyə kimi 56 nəfərin öldürüldüyü, daha 80 nəfərin isə yaralandığı məlumdur".

Hindistanın Baş naziri Narendra Modi artıq bu insidentə reaksiya verib və yaraqlıların hücumunu "qorxaqlıq aktı" adlandırıb. Ölkənin daxili işlər naziri Racnath Sinqhin şəxsən Assam ştatına səfər edəcəyi gözlənilir.

Polis hücumun bu regionda Hindistan Silahlı Qüvvələrinin apardıqları xüsusi əməliyyatlara görə qisas olduğunu ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti