...

Şakira ikinci dəfə ana oldu

Dünya xəbərləri Materials 30 Yanvar 2015 11:47 (UTC +04:00)
Müğənni Şakira və “Barselona”nın müdafiəçisi Jerar Pike ikinci dəfə valideyn olublar.
Şakira ikinci dəfə ana oldu

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Müğənni Şakira və "Barselona"nın müdafiəçisi Jerar Pike ikinci dəfə valideyn olublar. "El Mundo" qəzeti cütlüyün ikinci oğullarının dünyaya gəldiyini yazır. Bu barədə Trend Qazeta.ru-ya istinadən xəbər verir.

Məlumata görə, körpə dünən axşam anadan olub. Şakira qeysəriyyə əməliyyatı edilib, vəziyyəti yaxşıdır. Valideynləri uşağın adını hələ açıqlamayıblar.

Nəşr yazır ki, doğuş baş tutduğu Barselona xəstəxanasında müğənni kənar gözlərdən qaçmaq üçün bütün mərtəbəni bağlatdırıb.

Bundan əvvəl verilən məlumata görə, Şakira və Pike oğulları Milana yeddi müxtəlif dil öyrətməyi planlaşdırırlar. Latın amerikalı ulduz əmindir ki, erkən yaşdan öyrədilən dillər onların iki yaşlı oğulları üçün faydalı olacaq.

Körpənin ana dili ispan dilidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti