...

Hindistanda qatar qəzası: 5 ölü, 100-ə yaxın yaralı

Dünya xəbərləri Materials 13 Fevral 2015 10:37 (UTC +04:00)
Hindistanın cənubunda sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxması nəticəsində beş nəfər həlak olub, ən azı 100 nəfər xəsarət alıb.
Hindistanda qatar qəzası: 5 ölü, 100-ə yaxın yaralı

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Hindistanın cənubunda sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxması nəticəsində beş nəfər həlak olub, ən azı 100 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.

İnsident Karnataka ştatının paytaxtı Banqalor şəhərinin yaxınlığında yerli vaxtla səhər saat 07:35-də baş verib.

Dəmiryol nəqliyyatındakı mənbə xəbər verir ki, qatarın 9 vaqonu relsdən çıxıb.

Mənbənin sözlərinə görə, ehtimal ki, dəmir yoluna çay daşı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti