...

Ukrayna deputatı özünü pəncərədən atdı

Dünya xəbərləri Materials 28 Fevral 2015 12:21 (UTC +04:00)
Regionlar Partiyasının fraksiya rəhbərinin keçmiş birinci müavini Mixail Çeçetov Kiyevdəki mənzilinin pəncərəsindən özünü ataraq həyatına qəsd edib
Ukrayna deputatı özünü pəncərədən atdı

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukrayna Radasının 7-ci çağırışının xalq deputatı, Regionlar Partiyasının fraksiya rəhbərinin keçmiş birinci müavini Mixail Çeçetov Kiyevdəki mənzilinin pəncərəsindən özünü ataraq həyatına qəsd edib. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən məlumat verir.

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, mərhumun həyat yoldaşı yerli vaxtla saat 02 radələrində otaqda işığın yandığını, stolun üstündə isə kağız görüb.

Nazirlikdən qeyd edilib ki, M.Çeçetov 17-ci mərtəbədəki mənzilinin pəncərəsindən özünü atıb.

Fakt üzrə qəsdən öldürmə maddəsi üzrə cinayət işi açıb. Paytaxt polisi bildirib ki, bu, standart prosedurdur, hazırkı məqamda söhbət yalnız özünəqəsddən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti