Azərbaycan, Bakı, 2 mart /Trend/
Göyərtəsində İtaliyanın Baş naziri Matteo Rentsinin olduğu helikopter Aretso şəhəri yaxınlığındakı idman stadionuna məcburi eniş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Florensiyadan Romaya istiqamət alan helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra məcburi eniş edib.
Məlumata görə, enişə səbəb kimi mexaniki nasazlıq və pis hava şəraiti göstərilir.