Azərbaycan, Bakı, 3 mart /Trend/
Ukrayna Prezidenti Petro Poroşenko rusiyalı müxalifətçi Boris Nemtsovu ölümündən sonra Azadlıq Ordeni ilə təltif edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə P. Poroşenkonun "Facebook" səhifəsində bildirilir: "Onun üçün dövlət və istənilən sərhədləri tanımayan azadlıq universal dəyər idi. O, Ukrayna və Rusiyanın azadlığı uğrunda mübarizə aparırdı. Buna görə də Boris Yefimoviçi Azadlıq Ordeni ilə təltif etməyi qərara aldım".