...

"Cənab de Mezyer! Həyasızcasına yalan danışırsınız!"

Dünya xəbərləri Materials 30 Aprel 2015 17:20 (UTC +04:00)
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ABŞ kəşfiyyatının xahişi ilə fransalı məmurlara və Avropa İttifaqının (Aİ) mənzil-qərargahına qarşı casusluq edib.
"Cənab de Mezyer! Həyasızcasına yalan danışırsınız!"

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ABŞ kəşfiyyatının xahişi ilə fransalı məmurlara və Avropa İttifaqının (Aİ) mənzil-qərargahına qarşı casusluq edib.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, Almaniya KİV-lərinin əlinə keçən bəzi informasiyalar nəticəsində məlum olub ki, Bad-Ayblinqdəki izləmə stansiyası Fransanın prezident sarayı və Fransa XİN-in binalarını, o cümlədən Avropa Komissiyasının mənzil-qərargahını nəzarətdə saxlayıb.

Sənədlərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də bir sıra Avropa şirkətləri barədə məlumatlar toplayıb. Lakin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bu faktları inkar edib.

Almaniya KİV-lərində qeyd olunur ki, BND amerikalı həmkarlarının xahişi ilə bəzi Avropa şirklətlərinin silah embarqosunu pozub-pozmadığını öyrənmək üçün casusluq edib.

"Bild" tabloidində T.Mezyerin burnunun Pinokkio kimi uzandığı karikatura dərc olunub. Karikaturanın altında yazılıb: "Cənab de Mezyer! Həyasızcasına yalan danışırsınız!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti