...

Rio-de-Janeyroda Olimpiada-2016 obyektlərini tikən minlərlə işçi tətilə çıxıb

Dünya xəbərləri Materials 20 May 2015 12:35 (UTC +04:00)
Rio-de-Janeyroda 2016-cı ildə keçiriləcək yay Olimpiya oyunlarının obyektlərinin inşasına cəlb olunan minlərlə işçi tətil elan edib.
Rio-de-Janeyroda Olimpiada-2016 obyektlərini tikən minlərlə işçi tətilə çıxıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Rio-de-Janeyroda 2016-cı ildə keçiriləcək Yay Olimpiya oyunlarının obyektlərinin inşasına cəlb olunan minlərlə işçi tətil elan edib. Trend-in "RIA Novosti"yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Frans Press" agentliyi xəbər verib.

12 min işçinin təqribən 70 faizi etiraz edir. Onlar əmək haqlarının artırılmasını tələb edirlər. Məhkəmənim qərarına əsasən mübahisə həll edilənə qədər ən azı 30 faiz işçi işi davam etdirməlidir.

Cümə günü məhkəmədə razılığa gəlmək üçün rəhbər və içşilərin görüşü keçiriləcək.

Tətilin bütün həftə boyu davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti