...

Türkiyənin müxalif partiyaları parlament sədrliyinə namizədlərini irəli sürüblər

Dünya xəbərləri Materials 24 İyun 2015 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin müxalif partiyaları parlament sədrliyinə namizədlərini irəli sürüblər. Bu barədə Trend Türkiyənin "Hurriyyət" qəzetinə istinadən xəbər verir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi partiyanın sabiq lideri, hazırda Türkiyə parlamentinə müvəqqəti sədrlik edən Dəniz Baykal olub.

Milliyyətçi Hərəkat Partiyası (MHP) isə parlament sədrliyinə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, hazırda bu partiyadan parlamentə deputat seçilən Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti