Azərbaycan, Bakı, 25 iyul /Trend/
Türkiyənin Hərbi Hava Qüvvələrinin bir neçə F16 hərbi təyyarəsi Şimali İraqda xüsusi əməliyyat keçirib.
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Bir müddət əvvəl Suriya sərhədindən açılan atəş nəticəsində 1 türkiyəli hərbçi ölmüş, daha ikisi isə yaralanmışdı.
Türkiyə hərbçilərinə atəş "İslam dövləti"nin nəzarəti altında olan Suriya ərazisindən açılmışdı.