...

Ankarada törədilən terror aktında ölənlərin sayı 86-ya çatdı, 186 yaralı (ƏLAVƏ OLUNUB 3)

Dünya xəbərləri Materials 10 Oktyabr 2015 18:15 (UTC +04:00)
Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 47-ə, yaralananların sayı isə 126-ya çatıb.
Ankarada törədilən terror aktında ölənlərin sayı 86-ya çatdı, 186 yaralı (ƏLAVƏ OLUNUB 3)

İlk xəbər 13:32-də verilib.

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

x x x

Açılqanan son məlumatlara görə, yaralananların sayı 100 nəfərdən artıqdır.

x x x

Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.

x x x

Son məlumatlarda qeyd olunur ki, terror aktında ölənlərin sayı 47-ə çatıb.

x x x

Trend-in məlumatına görə, Anadolu Agentliyi Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğluna istinadən xəbər verir ki, terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti