...

İran Braziliya ilə birgə təyyarə istehsal edə bilər

Dünya xəbərləri Materials 26 Oktyabr 2015 15:55 (UTC +04:00)
Braziliyada aviasiya sənayesi çox yaxşı inkişaf edib və İran bu ölkə ilə aviasiya sənayesi sahəsində, o cümlədən birgə təyyarə istehsalında əməkdaşlıq məsələsini müzakirə edəcək.
İran Braziliya ilə birgə təyyarə istehsal edə bilər

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Braziliyada aviasiya sənayesi çox yaxşı inkişaf edib və İran bu ölkə ilə aviasiya sənayesi sahəsində, o cümlədən birgə təyyarə istehsalında əməkdaşlıq məsələsini müzakirə edəcək. Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə deyib.

O bildirib ki, İran mülki aviasiya sənayesi, təlim və informasiya mübadiləsi sahəsi üzrə əməkdaşlıqda maraqlıdır.

M.Nemətzadə, həmçinin iki ölkənin mədən sahəsində, xüsusilə daş kömür, dəmir və digər mədən məhsulları sahəsində birgə sərmayə yatırmaq üçün geniş potensialının olduğunu bildirib.

Nazir İranın ərzaq məhsulları istehsal edən şirkətlərinin Braziliyada halal ərzaq və yeməklərin istehsalı sahəsinə sərmayə yatırmasında maraqlı olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti