...

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib

Dünya xəbərləri Materials 8 Dekabr 2015 17:23 (UTC +04:00)
İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib və bu şirkətlər hazırda fəaliyyətlərin birgə kompleks planının (JCPOA) icra olunmasını gözləyirlər və bu razılıqlar həyata keçiriləcək.
İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib

Bakı. Təmkin Cəfərov - Trend:

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib və bu şirkətlər hazırda birgə kompleks fəaliyyət planının (JCPOA) icra olunmasını gözləyirlər. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə Finlandiya-İran biznes-forumu çərçivəsində jurnalistlərə deyib.

M.Nemətzadə bildirib ki, hazırda Yaponiya və İtaliya şirkətləri ilə razılıq əldə etmək üçün danışıqlar gedir.

O, qeyd edib ki, Finlandiya meşə təsərrüfatı, ekologiya, bərpa olunan enerji, su və kanalizasiya sistemləri və digər sahələrdə İranla əməkdaşlıq edə bilər: "Təklif etmişik ki, 2016-cı ilin fevral ayında Tehranda iki ölkənin şirkətlərinin iştirakı ilə biznes-forum keçirilsin".

İran və Finlandiya arasında ticarət dövriyyəsi sanksiyalara görə 2014-cü ildə 23 milyon avro dəyərində olub. Bu rəqəm 2006-cı ildə isə 200 milyon avro təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti