...

Meksikada yük maşını zəvvarları vurdu: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 27 Yanvar 2016 03:22 (UTC +04:00)

Bakı. Trend:

Meksikada Selaya - Keretaro trassında baş verən ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, qəza yük avtomobilinin zəvvarlar qrupunu vurması nəticəsində olub. Zəvvarlar Mexiko ştatından San Xuan de los Laqosa gedirdilər.

Hüquq-mühafizə orqanları faciənin səbəblərini araşdırmağa başlayıblar.

Xəbər lenti

Xəbər lenti