Bakı. Anaxanım Hidayətova - Trend:
Avropa Şurası (AŞ) Ermənistanı çirkli pulların yuyulması ilə mübarizədə daha sərt tədbirlər görməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə AŞ-nin yaydığı məruzədə deyilir.
Məruzədə deyilir ki, ekspertlər Ermənistanda çirkli pulların yuyulması faktları üzrə araşdırma prosesində ciddi nöqsanlar aşkarlayıblar: "Fırıldaqçılıq, vergidən yayınma, qaçaqmalçılıq və oğurluq Ermənistanda çirkli pulların yuyulması baxımından ciddi təhlükədir".