...

Rusiyada məmurların maaşı 10 faiz azalıb

Dünya xəbərləri Materials 2 Mart 2016 14:49 (UTC +04:00)
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nazirlər Kabineti və Prezident Administrasiyasında çalışanların əməkhaqları bu il 10 faiz azaldılıb.
Rusiyada məmurların maaşı 10 faiz azalıb

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nazirlər Kabineti və Prezident Administrasiyasında çalışanların əməkhaqları bu il 10 faiz azaldılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Lakin mətbuat katibinin yüksək vəzifəli məmurların maaşlarının azalması barədə məlumatı yoxdur.

D.Peskov bildirib ki, 2016-cı ildə Rusiyada məmurların əməkhaqları "kifayət qədər" azalıb: "Əməkhaqları de-fakto 10 faiz azalıb".

O, etiraf edib ki, ümumi 10 faiz azalma onun da maaşına təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti