Bakı. Elçin Hüseynov - Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, 2016-cı ildə Mərkəzi, Şərqi və Cənub-Şərq Avropa ölkələrini davamlı iqtisadi artım gözləyir.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BVF-in məruzəsində göstərilir.
Sənədə əsasən, regionun əksər ölkələrində "zəif xarici tələbata" baxmayaraq, 3-4 % iqtisadi artım gözlənilir. Buna səbəb isə maliyyə siyasətində atılmış addımlar, maliyyə şəraitinin yaxşılaşması, real əmək haqların qaldırılması göstərilir.
Eyni zamanda, BVF hesab edir ki, istisadi artım MDB-nin Avropa ölkələrini əhatə etməyəcək.