...

6 yaşlı qız şahzadə Harriyə evlilik təklif edib

Dünya xəbərləri Materials 22 İyun 2016 14:34 (UTC +04:00)
Altı yaşlı qız Britaniya şahzadəsi Harriyə evlilik təklif edib.
6 yaşlı qız şahzadə Harriyə evlilik təklif edib

Bakı. Elçin Hüseynov - Trend:

Altı yaşlı qız Britaniya şahzadəsi Harriyə evlilik təklif edib. Bu barədə Trend "Hello Magazine" saytına istinadən xəbər verir.

Maraqlı hadisə Mançesterdə baş verib. Kraliça II Elizabetin nəvəsi Harri bura xeyriyyə mərasimində iştirak etmək üçün gəlib. 6 yaşlı Lotti adlı qızcığaz şahzadəyə yaxınlaşaraq deyib: "Səninlə evlənmək istəyirəm. Şahzadə olmaq istəyirəm".

Harri isə ona belə cavab verib: "Bizim yaşımızda çox böyük fərq var". O, həmçinin əlavə edib ki, Lotti "həddən çox kitab oxuyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti