Bakı. Orxan Quluzade - Trend:
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Nazirlər Kabinetinin 257 əməkdaşı işdən azad edilib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, azad edilənlər xidməti vəsiqələrini təhvil veriblər.
Bundan başqa, Dini İşlər İdarəsinin 492 əməkdaşı da vəzifəsindən azad edilib.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.
Türkiyədə 257 hökumət işçisi qovuldu
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Nazirlər Kabinetinin 257 əməkdaşı işdən azad edilib.
