Bakı. Trend:
Avropa Şurasının baş katibi Torbörn Yaqland Yerevanda baş verən hadisələrə bağlı narahatlığını bildirib.
Trend-in Avropa Şurasının saytına istinadən verdiyi məlumatına görə, Torbörn Yaqland bütün tərəfləri bu cür təhlükəli vəziyyəti dərhal dayandırmağa çağırıb.
Yerevanda iğtişaşlar zamanı xəsarət alan 38 nəfər tibbi mərkəzdə yerləşdirilib.
Ermənistan polisi müxalifətin nümayişi dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edib.
Xəsarət alanlar arasında jurnalistlər də var.