...

Həsən Ruhani: İran qardaş Azərbaycanla münasibətləri son illər inkişaf etdirib

Dünya xəbərləri Materials 7 Avqust 2016 12:46 (UTC +04:00)
İran qardaş Azərbaycanla siyasi, iqtisadi və ticarət sahələrində münasibətləri son illər inkişaf etdirib
Həsən Ruhani: İran qardaş Azərbaycanla münasibətləri son illər inkişaf etdirib

Tehran. Mehdi Sepahvənd - Trend:

İran qardaş Azərbaycanla siyasi, iqtisadi və ticarət sahələrində münasibətləri son illər inkişaf etdirib. Trend İran Prezidentinin saytına istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Bakıya səfəri öncəsi bildirib.

H.Ruhani həmçinin Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun ilin sonuna qədər yekunlaşacağını da vurğulayıb.

Qeyd edək ki, bu gün İran Prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti