...

Peskov postu tərk edir?

Dünya xəbərləri Materials 12 Oktyabr 2016 09:26 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putinin məbuat katibi Dmitriy Peskov yeni vəzifə ala bilər.
Peskov postu tərk edir?

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin məbuat katibi Dmitriy Peskov yeni vəzifə ala bilər. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, D.Peskov ölkə başçısının beynəlxalq məsələlər üzrə köməkçisi təyin edilə bilər.

Hazırda Rusiya prezidentinin müvafiq köməkçisi Yuriy Uşakov isə mart ayında 70 yaşının olması ilə əlaqədar postu tərk edəcək. Onun Avropa ölkələrinin birinə səfir təyin ediləcəyi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti