Bakı. Trend:
Məşhur ifaçılar Cey Zi və Beyons ABŞ-ın Klivlend şəhərində prezidentliyə namizəd Hillari Klintonun seçki kampaniyasına dəstək konserti veriblər. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Klinton gün ərzində iki iri mitinqdən iştirak etdikdən sonra bu konsertə də qatılıb.
Məşhur müğənnilərin konserti gənclər arasında seçkilərə maraq oyatmaq üçün keçirilib.
ABŞ-da prezident seçkiləri noyabrın 8-i keçiriləcək.