Bakı. Trend:
Hazırda BMT Türkiyə ilə Hələbin şərqindən təxliyyə edilmiş qaçqınlar üçün düşərgələrin salınmasına dair məsləhətləşmələr aparır.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müşaviri Yan Egelann deyib.
"Son məlumatlara görə, Hələbin şərqində 50 min nəfər öz evini tərk edib", - Egelann bildirib.