...

Yakutiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı: 32 yaralı (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 19 Dekabr 2016 10:54 (UTC +04:00)
Təyyarənin göyərtəsində 32 nəfər, o cümlədən 8 ekipaj üzvü olub.
Yakutiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı: 32 yaralı (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:55-də yayılıb)

Bakı. Trend:

İlkin ehtimala görə, Yakutiyada "İl-18" təyyarəsinin sərt enişinə səbəb şiddətli külək olub.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Yakutiya Respublikası hökumətinin sədr müavini Aleksey Kolodeznikov qəza ilə bağlı komissiya çağırıb.

Təyyarənin göyərtəsində 32 nəfər, o cümlədən 8 ekipaj üzvü olub. Onların hamısı xəsarət alıb. İlkin məlumata əsasən, ölən yoxdur.

X X X

09:10

Yakutiyada "İl-18" təyyarəsinin məcburi enişi nəticəsində 16 nəfər ağır yaralanıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

X X X

Koltsovo hava limanından Yekaterinburqa uçan "İl-18" təyyarəsi qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 32 sərnişin və 7 ekipaj üzvü olub. Təyyarədə hərbçilərin olduğu bildirilir.

Hazırda xəsarət alanlar təxliyə edilir.

X X X

08:55

Rusiyanın Yakutiya şəhərində göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğrayıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti