...

Ərdoğan Putinə başsağlığı verib

Dünya xəbərləri Materials 25 Dekabr 2016 22:13 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub
Ərdoğan Putinə başsağlığı verib

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Tu-154 tipli Rusiya təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Xəbərdə deyilir ki, prezidentlər həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşən Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 tipli təyyarə qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 92 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti