...

Yüksək vəzifəli rəsmilərin maaşı azaldılır

Dünya xəbərləri Materials 6 Yanvar 2017 10:40 (UTC +04:00)
Meksika yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib.
Yüksək vəzifəli rəsmilərin maaşı azaldılır

Bakı. Trend:

Meksika hökuməti kütləvi etirazlara və soyğunçuluq hallarının artmasına səbəb olan benzinin qiymətinin qalxması fonunda yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Enrike Penya Nieto deyib.

Dövlət başçısı bildirib ki, benzinin qiymətinin qaldırılması nəticəsində xərclər 190 milyard peso (8,9 milyard dollar) azalıb: "Bundan başqa, yüksək vəzifəli rəsmi şəxslərin əməkhaqları 10 faiz azaldılacaq".

Qeyd edək ki, benizin qiymətinin artırılması qərarı yanvarın 1-dən ölkədə kütləvi etirazlara səbəb olub. Son bir neçə gün ərzində Meksikada 370 ticarət obyekti qarət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti