Bakı. Trend:
Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisində olan 31 nəfərdən 25-ni xilas ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 6 nəfər itkin düşmüş sayılır.
"Sina" informasiya portalının yaydığı məlumata görə isə 27 nəfər xilas edilib, 4 nəfər itkin düşmüş sayılır.
XXX
15:11
Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisini aşkar ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, gəmi batan yerin yaxınlığında bir neçə sağ qalmış insan tapılıb.
XXX
07:15
Malayziyada gəmi itkin düşüb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 31 nəfər, o cümlədən 20 çinli turist, olub.
Məlumata görə, yanvarın 28-da Sabah ştatının Kota-Kinabalu şəhərindən Menqalum adasına yola düşən gəmi itkin düşübş
Hazırda axtarış-xilasetmə işləri aparılır.