Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) ötən gün Suriyada Rusiya qırıcısının türk hərbçilərin ölümü ilə nəticələnən zərbəsinin "yanlış koordinasiya" ilə əlaqələndirilməsinə münasibət bildirib.
Trend-in məlumatına görə, Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir ki, aviazərbə nəticəsində həlak olan türk hərbçilər 10 gündür eyni nöqtədə idilər:
"Türkiyə SQ-nin üzvlərinin olduğu nöqtənin koordinatları son dəfə fevralın 8-i saat 23:11-də Hmeymimdəki Əməliyyat Mərkəzində müvafiq heyətə təkrar ötürülüb".
Qeyd edək ki, ötən gün Suriyada Rusiya qırıcısı türk hərbçilərin olduğu binanı atəşə tutub. Nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.Rusiya tərəfi bunu "yanlış koordinat" verilməsi ilə əlaqələndirirdi.