...

"Disneylend"də həyəcan - yüzlərlə insan təxliyə olundu

Dünya xəbərləri Materials 13 Fevral 2017 13:23 (UTC +04:00)
Honq Konqda “Disneylend” parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub.
"Disneylend"də həyəcan - yüzlərlə insan təxliyə olundu

Bakı. Trend:

Honq Konqda “Disneylend” parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub.

Trend-in məlumatına görə, parka aid olan ofislərin birinə naməlum bağlama gətirildikdən sonra işçilər təxliyə olunmağa başlayıb.

Bağlamanın araşdırılması üçün hadisə yerinə partlayıcı maddə mütəxəssisləri cəlb edilib. Onlar bağlamada təhlükəli maddənin olduğunu təsdiq ediblər.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Təxliyə prosesi əyləncə parkının fəaliyyətinə təsir göstərməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti