Bakı. Elmira Tariverdiyeva - Trend:
İranda keçiriləcək prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyat prosesi start götürüb.
Trend-in məlumatına görə, qeydiyyat prosesi aprelin 16-dək davam edəcək.
Namizədlər barədə bütün məlumatlar yoxlandıqdan sonra yekun siyası İran Daxili İşlər Nazirliyi tərəfindən 26-27 aprel tarixlərində elan ediləcək.
Seçki kampaniyası aprelin 28-dən mayın 17-dək davam edəcək.
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.