...

Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 2 May 2017 01:12 (UTC +04:00)
ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb
Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb.

Trend-in məlumatına görə, yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".

Bundan əlavə xəbərdarlıqda deyilir ki: "Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada son məlum insidentlər göstərir ki, İŞİD-in, Əl-Qaidənin və onlarla bağlı qruplaşmaların Avropada terror hücumları planlaşdırmağa və həyata keçirməyə imkanları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti