Bakı. Trend:
Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub.
Trend-in məlumatına görə, Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb.
Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.
Qeyd edək ki, ötən gün Türkiyədə PKK silahlıları ilə atışma nəticəsində 7 hərbçi həlak olmuşdu.