Bakı. Trend:
Hindistanın Meqhalaya ştatında zəhərlənmədən 8-i yeniyetmə olmaqla 9 nəfər həlak olub, 200-dən artıq insan xəstəxanaya yerləşdirilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəhərlənənlər düyü və donuz əti yeyiblər.
Məlumata əsasən, yeməklərin nümunələri Quahati şəhərində tibbi laboratoriyaya göndərilib.