...

Şvartsenegger Trampın qərarı barədə: ABŞ iqtisadiyyatına kömək etməyəcək

Dünya xəbərləri Materials 2 İyun 2017 19:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxması barədə qərarı tamamilə yanlışdır və ABŞ iqtisadiyyatına kömək etməyəcək.

Trend-in məlumatına görə, bunu məşhur aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger deyib.

A.Şvartsenegger ətraf mühitin mühafizəsinin ABŞ iqtisadiyyatını dağıtmayacağını bildirib.

Qeyd edək ki, D.Tramp Paris Sazişinin 2025-ci ilə Birləşmiş Ştatlarda 2,7 milyon iş yerinin itirilməsinə gətirib çıxaracağını qeyd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti