...

İtaliyada nəqliyyat sistemi iflic oldu - TƏTİLLƏR

Dünya xəbərləri Materials 16 İyun 2017 14:07 (UTC +04:00)
İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib
İtaliyada nəqliyyat sistemi iflic oldu - TƏTİLLƏR

Bakı. Trend:

İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib.

Trend-in məlumatına görə, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib. Belə ki, yerli “Alitalia” avişirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub.

24 saatlıq tətil bütün növ ictimai nəqliyyat – metro, yerüstü nəqliyyat, eləcə də dəmir yollarına şamil edilib.

Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.

Xəbər lenti

Xəbər lenti