...

Pakistanda atışma: 13 ölü

Dünya xəbərləri Materials 4 İyul 2017 10:14 (UTC +04:00)
Pakistanın Şikarpur şəhərində polis məntəqəsinin yaxınlığında iki silahlı qrup arasında atışma olub.
Pakistanda atışma: 13 ölü

Bakı. Trend:

Pakistanın Şikarpur şəhərində polis məntəqəsinin yaxınlığında iki silahlı qrup arasında atışma olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və 8 yaşlı qız uşağı da olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsidentə iki qrup arasında torpaq münaqişəsinin səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti