...

Peruda turist avtobusu qəzaya uğradı - 9 ölü, 25 yaralı

Dünya xəbərləri Materials 10 İyul 2017 09:35 (UTC +04:00)

Bakı. Trend:

Peruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib.

Polisin verdiyi məlumata görə, avtobus turistləri hündürdən şəhərə mənzərə açılan San-Kristobal dağına aparırmış.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Araşdırma aparılır.

Xəsarət alan turistlər arasında Kanada və Çilidən olan vətəndaşların da olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti